Jan Qaleazzo Vizkonti

Jan Qaleazzo Vizkonti
it. Gian Galeazzo Viscontuuos9
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1351(1351-10-16)[1][2]
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 1402(1402-09-03)[1][2][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi taun
Həyat yoldaşları
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Qaleazzo Vizkonti (it. Gian Galeazzo Visconti; 16 oktyabr 1351[1][2], Paviya3 sentyabr 1402[1][2][…], Melenyano[d], Milan əyaləti) — ilk Milan hersoqu.

Atası Paviya lordlarından II Qaleazzo Vizkonti, anası isə Savoyya qrafı Eymonun qızı Savoyyalı Biankadır. Atasının vəfatının ardından öncə Paviya lordluğunu, daha sonra əmisi Bernabo Vizkontini devirərək Milan lordluğunu ələ aldı. Dini mərasim əsnasında əmisinə qarşı saray çevrilişi tərtibləyən Jan Vizkonti hakimiyyəti ələ aldı və həbsə atdığı əmisini bir müddət sonra zəhərləyərək öldürdü.

Qısa zamanda Verona, ViçentsaPadua şəhərləri başda olmaqla, Po çayı sahilindəki geniş torpaqları ələ keçirən Jan Vizkonti 1393-cü ildə Pyaçentsa şəhərini də öz mülklərinə birləşdirdi. 1395-ci ildə ödədiyi 100 min florin qarşılığında Alman kralı Vençeslaus tərəfindən hersoq ünvanı aldı və beləcə, Milan hersoqluğunun əsası qoyuldu.

  1. 1 2 3 4 GIAN GALEAZZO Visconti, duca di Milano.
  2. 1 2 3 4 Gian Galeazzo Visconti // Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
  3. 1 2 Lundy D. R. Giovanni Galeazzo Visconti, Duca di Milano // The Peerage (ing.).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy